YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Ermənistan beynəlxalq hüquqa, qonşu ölkələrin ərazi bütövlüyünə hörmət etməyi öyrənməlidir

Mənim Azərbaycana səfərim Xocalı faciəsinin ildönümünə təsadüf edir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Milli Məclisin sərdi Oqtay Əsədov ilə görüşündə səsləndirib.
Nazir deyib: “Bizim birlikdə Ermənistanın yalanlarını aşkara çıxarmağımız lazımdır. Qondarma “erməni soyqırımı” məsələsində təklif etdik ki, gəlin tarixçilərdən, elm adamlarından ibarət komissiya yaradaq, amma ermənilər razılaşmadılar. Digər tərəfdən isə onlar qondarma “erməni soyqırımı” yalanı ilə hər kəsə təsir etməyə çalışırlar. Bununla bağlı hazırladığımız iş planına uyğun olaraq birlikdə fəaliyyətimizi davam etdirəcəyik, həqiqəti, ədaləti deyəcəyik. Qısa müddətli deyil, uzun müddətli fəaliyyət göstərməklə bu yalanların ortaya çıxmasına çalışacağıq”.
Xarici siyasət idarəsinin rəhbəri bildirib ki, nə Azərbaycan, nə də Türkiyə başqalarının yalanları və qəbul etdikləri qərarlar altında əzilməyəcək. Bizim dərdimiz Ermənistan deyil, biz bölgədə sülh və sabitliyin bərqərar olmasını istəyirik.
Mövlud Çavuşoğlu deyib: “Bildiyiniz kimi, bu il Çanaqqala döyüşünün 100-cü ildönümünü qeyd edəcəyik. Aprel ayının 24-də - ermənilərin yalan söylədiyi bir vaxtda biz dostluq və sülh çağırışı edəcəyik. Dostluğu, qardaşlığı, sülhü önə çəkəcəyik. Bizim heç kimin torpaqlarında gözümüz yoxdur. Ermənistan qonşu ölkələrin ərazi bütövlüyünə, beynəlxalq hüquqa hörmət etməyi öyrənməlidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi bir çox böyük layihələr həyata keçirilir. Bu layihələrin mərkəzində Azərbaycan və Türkiyə dayanır. Bizim digər üçtərəfli əməkdaşlığımız da var - Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan. Ermənistan özü özündən soruşmalıdır, mən niyə burada yoxam, niyə kənardayam?! Biz də Ermənistanın burada olmasını istəyərik, amma əvvəlcə rəsmi Yerevan hörmət etməyi öyrənməlidir. Bizim istəyimiz budur”.