Xəbərlər
XİN: Azərbaycan Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir
Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdəki paylaşımında deyilir.
Bildirilir ki, Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətə və sadiqliyə əsaslanan strateji tərəfdaşlıqdan bəhrələnir.