Xəbərlər
Xarici işlər naziri Ceyhun Bayramov avtobus qəzası ilə əlaqədar Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avtobus qəzası ilə əlaqədar Türkiyə tərəfinə başsağlığı verib.
Ceyhun Bayramov rəsmi tviter səhifəsində bununla bağlı paylaşım edib. Paylaşımda deyilir: “Qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq. Qəza nəticəsində vəfat edən 14 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığımızı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.