Xəbərlər
Azərbaycan nümayəndə heyəti İran Prezidentinin andiçmə mərasimində iştirak edəcək
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edib.
Nümayəndə heyəti İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edəcək.
Qeyd edək ki, iyunun 18-də İranda keçirilən 13-cü prezident seçkilərində İbrahim Rəisi səslərin 50 faizindən çoxunu qazanıb. Andiçmə mərasiminə dünyanın 73 dövlətindən 115 nümayəndə qatılacaq. Qonaqlar arasında bir sıra dövlət başçıları da var.
Mərasimdən sonra Sahibə Qafarovanın İran İslam Şurası Məclisinin (Parlament) sədri Məhəmməd Qalibaf ilə görüşü də nəzərdə tutulub.