YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Seperatçı Dağlıq Qarabağ rejimini “de fakto rəhbərlik” kimi xarakterizə etmək yolverilməzdir

«Seperatçı Dağlıq Qarabağ rejimini “de fakto rəhbərlik” kimi xarakterizə etmək yolverilməzdir. Hazırki şəraitdə Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edildiyinə görə, burada yaradılan istənilən qondarma qurum seperatçı rejimdir». Bu fikirləri Yeni Azərbaycan Partiyası  İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, beynəlxalq hüquqda işğal edilmiş ərazi anlayışı var. Dağlıq Qarabağ və ətrafındakı rayonlar isə Azərbaycanın işğal edilmiş əraziləridir. Onun sözlərinə görə, bu ərazilərdə yaradılmış qondarma – seperatçı qurum işğal rejiminin törəməsidir.

«Ona görə də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağdakı seperatçı rejimi “de fakto rəhbərlik” hesab etməklə ərazinin işğal olunması faktını, bir növ, arxa plana keçirir”. Bəhs edilən ərazi Azərbaycanın işğal edilmiş torpaqları olduğuna görə burada baş vermiş fəlakətlərə– ekoloji, insanlıq və mülkiyyət əleyhinə cinayətlər, mədəni irsin dağıdılmasına görə işğalçı Ermənistan və seperatçı Dağlıq Qarabağ rejimi məsuliyyət daşıyır. Qondarma, seperatçı Dağlıq Qarabağ rejimi legitim deyil. Ona görə də işğal edilmiş ərazilərin statusuna uyğun olaraq bu əraziyə yanaşılmalıdır. C. Uorlik və digər həmsədrlər bu ərazilərin işğal altında olduğunu qeyd edərək işğalçı ölkəyə bilavasitə təzyiq göstərməlidirlər»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.