YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin plenar iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ müzakirə olunur

Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir.

Növbədənkənar sessiyanın çağırılması ilə bağlı qərar Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı əsasında verilib. Sahibə Qafarova iyulun 31-də parlamentin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən sərəncam imzalayıb.

Növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinin İntizam komissiyası iyulun 2-də keçirilən iclasında Baş prokuror Kamran Əliyevin təqdimatı əsasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib. Məsələ müzakirə olunmaq üçün plenar iclasa tövsiyə edilib.

Deputat toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.