YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov: Milli Məclisin buraxılacağı ilə bağlı yayılan məlumat qərəzli və əsassızdır

Son günlər altıncı çağırış Azərbaycan Milli Məclisinin buraxılacağı, referendum keçiriləcəyi ilə bağlı əsassız məlumatlar yayılır. Belə əsasssız informasiyalarin müəyyən dairələr tərəfindən tirajlanır və aydın görünür ki, antimilli qüvvələrin maraqlarına xidmət edir.

Bu məsələni “İki sahil”ə dəyərləndirən millət vəkili Ceyhun Məmmədov bildirdi ki, Milli Məclisinin buraxılacağı ilə bağlı yayılan məlumatın heç bir əsası yoxdur: "6-cı çağırış parlamentin bir il yarımlıq fəaliyyəti yetərincə qənaətbəxşdir. Parlamentin sessiyaları olduqca səmərəli keçib. Demək olar ki, hər gün deputatlar mətbuatda çıxış edir, seçiçilərlə görüşür, onların problemləri ilə maraqlanır və bu problemləri qanuna müvafiq şəkildə həll etməyə çalşır. Parlamentin  fəaliyyətini qənaətbəxş hesab etməmək yanlışdır.

Parlamentimiz fəaliyyətini normal davam etdirir. Ölkədə cərəyan edən siyasi proseslərdə parlamentin üzvləri aktiv şəkildə iştirak edirlər. Hesab edirəm ki, Milli Məclisin buraxılacağı ilə bağlı yayılan məlumat qərəzli və əsassızdir".