Xəbərlər
Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşü keçirilir
İyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşü keçirilir.
Görüşdə Bakı Bəyannaməsinin imzalanacağı gözlənilir.
Bəyannamə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini, hər üç ölkənin siyasi münasibətlərinin daha da gücləndirilməsini və digər sahələri əhatə edəcək.