YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Litva Seymi dünya birliyindən Xocalıya ədalət tələb edir

Xocalı soyqırımı ilə əlaqədar Litva Seyminin 51 üzvü müraciət qəbul edib.

Müraciətdə Azərbaycan dövlətinə və millətinə dərin başsağlığı bildirərək, deputatlar bəşəriyyətə qarşı yönəlmiş hər bir cinayəti qınadıqlarını qeyd ediblər.
Litva tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasına çağırıldığı vurğulanıb.
Müraciətdə qeyd olunub ki, Litva Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və işğal olunmuş ərazilərdən ordu çıxarılmalıdır: "Xocalıda yüzlərlə insan qətlə yetirilib, insanlığa qarşı cinayət törədilib. Humanitar dəhliz vasitəsilə döyüş yerindən getmək istəyən mülki şəxslər güllələnib, onların böyük hissəsi qadınlar, qocalar və uşaqlar olub. Xocalı hadisəsi XX əsrin ən dəhşətli faciələrindən biridir. Təəssüf ki, Xocalı faciəsi ədalətli qiymətini almayıb".

 

DİGƏR Xəbərlər Arxiv