Xəbərlər
Türkiyəli deputat: Xocalı soyqırımı türk dünyasının kürəyinə vurulmuş xain zərbəsidir
Türkiyə Böyük Millət Məclisinin üzvü Feramuz Üstün Xocalı soyqırımını insanlığa qarşı törədilmiş hərbi cinayət kimi dəyərləndirib. Deputat deyib: “Uzun illərdir ki, Azərbaycana və Türkiyəyə qarşı olan qüvvələrin erməni millətçilərindən bizə qarşı istifadəsi davam etdirilir. Qarşılaşdığımız bu ağır və təhlükəli bəladan yaxa qurtarmağın yeganə yolu ölkələrimizin sürətli inkişafı, xalqlarımızın daha möhkəm birliyi, türk dünyasının həmrəyliyidir. Heç kim unutmamalıdır ki, Xocalı soyqırımı türk dünyasının kürəyinə vurulmuş xain zərbəsidir”.