YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin müavinləri Kiyevdə toplaşacaq

İyulun 8-9-da Ukraynanın paytaxtı Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 55-ci iclası keçiriləcək.

GUAM-ın Milli Əlaqələndiricilər Şurasından bildiriblər ki, iclasın ilk günü quruma üzv olan ölkələrin ekspertləri səviyyəsində müzakirələr aparılacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunacaq.

İyulun 9-da isə GUAM-a üzv olan ölkələrin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı keçiriləcək. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Qeyd edək ki, GUAM-a sədrlik 2021-ci il yanvarın 1-dən Gürcüstana keçib. Bu, Gürcüstanın sədrliyi dövründə GUAM Milli Əlaqələndiricilər Şurasının ilk iclası olacaq. 2020-ci ildə Azərbaycanın təşkilata sədrliyi dövründə 30-dan çox görüş keçirilib.

 

DİGƏR Xəbərlər Arxiv