YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Azərbaycan elə gücləndi, qüdrətləndi ki, yenilməzliyi, məğrurluğu Vətən müharibəsinin əsas simvolu oldu

   “Ölkə  Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bir daha tarixi Zəfərimizi şərtləndirən amillərə, beynəlxalq münasibətlərdə gücün və  hüququn  roluna diqqəti yönəldərək artıq Dağlıq Qarabağ münaqişəsi anlayışının olmadığını bildirdi. Bununla yanaşı belə bir çağırış da ifadə edildi ki, biz şəhidlərimizi, Xocalı qurbanlarını, dağılmış şəhərlərimizi unuda bilmərik. Bu fikirlər  Azərbaycan cəmiyyətinə, dünya azərbaycanlılarına, xüsusilə, gənc nəslə ünvanlanmış çox önəmli nəsihət, mesaj kimi dəyərləndirilərək daim diqqətdə saxlanılmalıdır. Günümüzün əsas tələbi məhz gənclərimizin milli ruhda tərbiyə olunması, şəhidlərimizin həyat yolunun onlar üçün vətənpərvərlik məktəbi olmasıdır. Məhz gənclərimizin torpaq, Vətən sevgisi onların silahlanaraq  dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “hücum” əmrini 44 gündə qəhrəmancasına, rəşadətlə yerinə yetirmələrini şərtləndirdi.  Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan Vətən oğullarının qisası döyüş meydanında alındı, Azərbaycanın dünyaya səs salan “dəmir yumruq” əməliyyatı nəticəsində Ermənistan  diz çökdü, dünya kimin haqlı, kimin haqsız olduğunu, beynəlxalq hüququn zamana və məkana görə tətbiqinin sonda hansı nəticələrə gətirib çıxardığını gördü. İkinci Qarabağ müharibəsinin ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olduğu bütün dünyaya bəyan edildi.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

  M.Həsənov qeyd edib ki, iqtisadi müstəqilliyimiz təmin olunmadan, beynəlxalq maneələr dəf edilmədən tarixi Qələbəmiz mümkün deyildi: “Məhz son 17 ildən artıq dövr hazırlıq mərhələsi kimi dəyərləndirilir. Azərbaycanın iqtisadi müstəqilliyi təmin edildi. Ölkəmizin neft sektorunda qazandığı uğurlar, gerçəkliyə çevirilən enerji layihələri beynəlxalq münasibətlər sistemində yerimizi və rolumuzu  möhkəmləndirdi. Ötən il dekabrın 31-də  Cənub Qaz Dəhlizinin son seqmentinin-TAP-ın istifadəyə verilməsi ilə çoxtərəfli əməkdaşlığın   böyük uğurlara yol açdığı vurğulandı. Azərbaycanın ümumilikdə dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirdiyi, həmçinin 44 günlük Vətən müharibəsinin getdiyi dövrlərdə də iqtisadi islahatları, sosial layihələri uğurla davam etdirməsi möhkəm təmələ əsaslanan siyasətin uğurlarıdır. Iqtisadi müstəqillik öz növbəsində siyasi müstəqilliyi təmin etməklə tarixi Zəfərimizi reallaşdırdı. Bu Qələbə Prezident İlham Əliyevin qətiyyətini, liderlik bacarığını, tarixdə əbədi Lider kimi qalmağın yollarını təqdim etdi.”

    Müharibədən ötən 7 ayın təhlili böyük quruculuq işlərinin  əldə edilən nəhəng uğurların, illərlə aparılmış hazırlıqların bəhrəsi olduğunu qeyd edən M.Həsənov vurğulayıb ki,  indi böyük quruculuq işlərinə start verilib: “Təbii ki,  hazırlıq prosesi  getməsəydi, müharibədən dərhal sonra Böyük Qayıdış proqramının icrasına başlanılmazdı. Kompleks tədbirlərin həyata keçirilməsi sayəsində  hədəflər gerçəkləşdirilir,  müasir texnologiyaların həyatımıza geniş yol açdığı hazırkı zamanda “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrasına başlanılıb.  Bərpa və quruculuq işləri  Azərbaycanın iqtisadi gücünü nümayiş etdirir. Bu illər ərzində elə güclü, qüdrətli,  modernləşməni, yeniləşməni əsas prinsip kimi qəbul edən  Azərbaycan yaratmışıq ki, yenilməzliyi, məğrurluğu 44 günlük Vətən müharibəsinin əsas simvolu oldu.”

   “Hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur” söyləyən Malik Həsənov bildirib ki, dövlətimizin siyasəti  xalq tərəfindən dəstəklənir: “Müharibə və onun nəticələri bir daha təsdiqlədi ki, münaqişənin tezliklə  həllinə  inamı yaradan  dövlətimizin düşünülmüş siyasəti nəticəsində əldə etdiyimiz uğurlarla yanaşı,  Azərbaycan xalqının Prezidentinin ətrafında sıx birliyi də əsas oldu.  Dövlətimizin başçısı İlham Əliyevin sözlə əməl birliyi bütün sahələrdə özünü nümayiş etdirir. Bu isə öz növbəsində xalqın Prezidentinə, onun siyasətinin gələcəyinə əminliyi  gücləndirir.”

  Diqqəti işğaldan azad edilmiş Hadrut qəsəbəsində ucaldılan “Dəmir yumruq” abidəsinə yönəldən millət vəkili bu abidənin bütün işğaldan azad edilmiş ərazilərimizdə ucaldılmasının zəruriliyini bildirib: “Təbliğat xarakterli, düşmənə mesajlar ünvanlayan belə mühüm addımlar  Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin müharibədən sonrakı dövrdə revanşist bəyanatlar səsləndirən düşmənə “Dəmir yumruğ”u xatırlatmasının davamıdır.”

DİGƏR Xəbərlər Arxiv