Xəbərlər
Vladimir Putin: Heç kəs Qarabağ münaqişəsinin genişlənməsində maraqlı deyil
Rusiya bu çox ciddi böhranın nizamlanmasında müəyyən rol oynayıb. Nə Azərbaycan, nə də Ermənistan Qarabağ münaqişəsinin genişlənməsində maraqlı deyil.
Bunu Rusiya Prezidenti Vladimir Putin ənənəvi canlı yayımda bildirib.
Vladimir Putin deyib ki, əgər biz dinc və dostluq şəraitində yaşasaq, o halda ailələrin normal yaşayışı, sosial-iqtisadi inkişaf nəzərə alınmaqla, təkcə təhlükəsizlik sahəsində deyil, həm də cari vəziyyətdə insanların həyatının yaxşılaşdırılması üçün şərait yaradarıq.
Rusiya Prezidentinin sözlərinə görə, regionda problem çoxdur. Normal infrastrukturun bərpası, Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədində, xüsusən də dövlət sərhədinin müəyyən olunmadığı yerlərdə müvafiq işlər aparmaq üçün sərhədlərin çəkilməsi ilə bağlı suallar mövcuddur. “Bu, yalnız müttəfiq respublikalar arasındakı inzibati sərhədlər idi. Biz hazırda bu işlə məşğuluq, Rusiya, Azərbaycan və Ermənistandan ibarət xüsusi üçtərəfli qrup yaratmışıq. Biz regionda normal münasibətlərin bərpa olunması üçün əlimizdən gələni edəcəyik”, - deyə Rusiya dövlətinin başçısı əlavə edib.