YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının X hesabat konfransı keçirilib

İyunun 30-da Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov hesabat məruzəsi ilə çıxış edib. R.Göyüşov bildirib ki, YAP Binəqədi rayon təşkilatının fəaliyyətinin əsas qayəsini müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, partiyamızın yaradıcısı, ümumilli liderimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, təbliğ olunması və gənc nəslə çatdırılması təşkil edib. Bu məqsədlə rayon təşkilatında davamlı və müntəzəm olaraq müxtəlif məzmunlu tədbirlər, konfranslar, təqdimatlar, görüşlər, debatlar, yaradıcılıq müsabiqələri, idman yarışları, bilik yarışları və s. tədbirlər keçirilib.

Qeyd olunub ki, rayon təşkilatının fəaliyyətinin əsas istiqamətlərindən biri də partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin gördüyü işlərin təbliğindən ibarət olub. YAP Binəqədi rayon təşkilatı tərəfindən konfranslararası dövr ərzində ümumilikdə 500-dən çox tədbir keçirilib. Hazırda YAP Binəqədi rayon təşkilatında 189 ərazi ilk partiya təşkilatı üzrə 15 min 876 üzv birləşib.

Sonra YAP Binəqədi rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Əlişah Rəcəbovun hesabatı dinlənilib.

Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, YAP Binəqədi rayon təşkilatının sədr müavini Eldar İbrahimov,  YAP Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədr müavini, 53 saylı tam orta məktəbin direktoru Tünzalə Zeynalova, YAP Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin departament rəhbəri Aygün Əliyeva və YAP Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü, Binəqədi  rayon İcra Hakimiyyətinin  başçısı Elxan Allahverdiyev çıxış edərək YAP Binəqədi rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi, malik olduğu təbii sərvətləri, geopolitik üstünlükləri xalqımızın milli sərvətidir və hər bir Azərbaycan vətəndaşı kimi YAP-ın üzvləri də Azərbaycan Respublikasının dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumağı özünün birinci dərəcəli vəzifəsi hesab edir. Onun sözlərinə görə, partiyamız ötən dövr ərzində böyük nailiyyətlər qazanıb.

Əhliman Tağıyev YAP Binəqədi rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, konfransda YAP Binəqədi rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

 

DİGƏR Xəbərlər Arxiv