Xəbərlər
Deputat Sədaqət Vəliyevanın seçiciləri ilə növbəti görüşü olub
Yeni Azərbaycan Partiyasının 25 saylı Nizami II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyevanın seçiciləri ilə növbəti görüşü olub.
Müraciət edən şəhid ailələri, qazilər və sakinlər problemlərilə bağlı fikirlərini diqqətə çatdırıblar.
Deputat müraciətçilərin problemlərinə yerindəcə reaksiya verib və aidiyyatı qurumlara müraciət edib.
Qeyd edək ki, görüş həm üzbəüz, həm də online şəkildə baş tutub.