YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə-Azərbaycan iqtisadi-ticari əlaqələrinin tablosu çox zəngindir

Aydın Hüseynov

Milli Məclisin deputatı

Qardaş ölkələrin müəllifi olduğu strateji layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Trans-Anadolu Qaz Kəməri (TANAP), TransAdriatik (TAP) “STAR” kimi enerji və nəqliyyat tranzitləri Azərbaycan və Türkiyənin dünya enerji-kommunikasiya xəritəsində yerini və rolunu gücləndirib. 2018-ci ilin oktyabrında Azərbaycanın Türkiyədə istifadəyə verdiyi “Star” neft emalı zavodu qardaş ölkədə ən iri və nəhəng investisiya proqramı hesab oluna bilər. İnvestisiya dəyəri 6 milyard dolardan artıq olan bu zavod Türkiyənin yanacaq təchizatının köklü şəkildə dəyişməsinə səbəb olmaqdadır. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək.

Türkiyənin “Tekfen” şirkəti isə Azərbaycanda ən iri layihələri gerçəkləşdirməkdədir.

Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir.

Azərbaycanda 2600-dən çox türk şirkəti, Türkiyədə isə 1700-dən artıq Azərbaycan şirkəti fəaliyyət göstərir.

İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyard dollar təşkil edir.

Türkiyə artıq Qarabağda böyük investor kimi fəaliyyət göstərməyə başlayıb. Kəlbəcərin faydalı qazıntılarının türk şirkətlərinə verilməsini təqdirəlayiq addımdır. Türkiyə şirkətləri Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının istismarı ilə məşğul olacaq. Qardaş ölkənin “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri 30 il müddətində həmin yataqlarda iş aparacaq. Türk şirkətlərin regionda fəaliyyət göstərməsi ermənilərin əl-qolunu da bağlayacaq. Yəni əvvəlki kimi təxribatlar törədib gərginliyi artırmağa risk edə bilməyəcəklər.

Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa bəyannaməsinin ana hədəflərindən biri Azərbaycan və Türkiyə arasında ticarət-iqtisadi münasibətlərin ən yüksək Zirvəyə çatması üçün səylərin durmadam artırılmasıdır. Şuşa bəyannaməsinə əsasən, 2023-cü ilədək iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdirilib. Bunun üçün 1 mart 2021-ci ildən qüvvəyə minən Preferensial Ticarət Sazişi də xüsusilə qeyd edilə bilər. Bu saziş 15 mal qrupu

üzrə tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarını artıraraq ölkələrin qoyduqları ticarət dövriyyəsi hədəfinə çatmasını sürətləndirəcək.

Şuşa bəyannaməsinə əsasən, Türkiyə və Azərbaycan nüfuzlu beynəlxalq şirkətlərlə- “BP”, “Signify” kimi qlobal şirkətlərlə birgə Qarabağda böyük investisiya layihələri həyata keçirəcək.

Bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer alır.

Türkiyə və Azərbaycan arasımda ticarət dövriyyəsinin artmasımnda Zəngəzur dəhlizinin də mühüm rolu olacaq. Belə ki, Türkiyə ticarət dövriyyəsi 6 milyard dollara çatan Mərkəzi Asiya və 21 milyard dollar olan Çinlə iqtisadi əlaqələrin inkişafında Zəngəzur dəhlizindən istifadə edəcək. Bu dəhliz Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar açaçaq..

Türkiyəni təmsil edən şirkətlər Qarabağın bərpa və yenidənqurmasında fəal iştirak edir. Türkiyə Prezidentinin səfərindən sonra qardaş ölkə şirkətlərinin infrastruktur layihələrində daha fəal iştirak edəcəyi gözlənilir. Artıq Kəlbəcərin faydalı qazıntılarının türk şirkətlərinə verilib. Türkiyə şirkətləri “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” 30 il müddətində Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının istismarı ilə məşğul olacaq. Həmin şirkətlərin filiz yataqlarına investisiya qoyub, ən yeni texnologiyaları prosesə cəlb etməsi işin effektivliyini artıra bilər. Bu, həm də, əlavə iş imkanlarının yaranması deməkdir. Təbii ki, işə öz torpağına qayıdan azərbaycanlılar cəlb ediləcək. Türk şirkətlərin regionda fəaliyyət göstərməsi ermənilərin əl-qolunu da bağlayacaq.

 

DİGƏR Xəbərlər Arxiv