YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan Milli Məclisdəki çıxışı ilə dünyaya bir mesaj vermiş oldu

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Eyni dilin, mədəniyyətin, dinin daşıyıcısı olan, eyni soy kökə malik Azərbaycan və Türkiyə tarixin bütün dövrlərində bir birinə arxa dayaq olmuşlar. Çanaqqala savaşında minlərlə azərbaycanlı Osmanlı Ordusunun sıralarında igidliklə vuruşub şəhid olmuşlar. 1918 ci ildə Nuru Paşa öz əskərləri ilə ermənilər tərəfindən Bakı və digər bölgələrdə azərbaycanlıların kütləvi qətlinin qarşısının alınmasında böyük qəhrəmanlıq göstərmişlər.

Cənab İlham Əliyev Prezident seçildikdən sonra Azərbaycan və Türkiyə arasındakı bu dostluq, qardaşlıq istər siyası, istərsə də iqtisadi cəhətdən çox yüksək səviyyəyə çatdırılmışdır. Vətən Müharibəsi zamanı Türkiyə dövləti və türk milləti hər zaman Azərbaycanın yanında olacaqlarını bəyan etdilər. Türkiyə həm siyası, həm də mənəvi olaraq Azərbaycana arxa oldu, müharibə zamanı ermənipərəst dövlətlərin, beynəlxalq qurumların müdaxiləsinə yol vermədi.

Cənab İlham Əliyevin qətiyyəti, güclü liderliyi Müzəffər Ali Baş Komandan olması, eləcə də Ordumuzun şücaəti hesabına Azərbaycan bu müharibədən qalib çıxdı,  Zəfər qazandı. İşğal zamanı ermənilər tərəfindən viran qoyulmuş şəhər və kəndlərimiz yenidən qurulur. Bu quruculuq və bərpa işlərində Türkiyə yenə də Azərbaycanla bir yerdə olduğunu bəyan etdi.  Prezident cənab İlham Əliyev   

Qarabağın yenidən qurulması işlərinə Azərbaycana dost dövlətlərin şirkətlərini dəvət etdi. Bu şirkətlər arasında türk şirkətləri üstünlük təşkil edir.

Ermənistan üzərində tam qələbə ilə yanaşı Prezident İlham Əliyev bölgədə yeni bir reallıq yaratmış oldu.  Bu elə bir reallıqdır ki, bundan tək Azərbaycan deyil, bütün region dövlətləri də tərəqqi və inkişaf edə biləcəklər.  İlham Əliyevin güclü bir siyasətçi olması onunla səciyyələndirilir ki, cənab Prezident yürütdüyü siyasətin hazırki dövrlə yanaşı yaxın 5 il, 10 il sonrakı dövrlərdə hadisələrin necə cərəyan edə biləcəyini qabaqcadan görə bilmək bacarığına malikdir. Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Teyyub Ərdoğanın Şuşaya tarixi səfəri, burada Azərbaycan və Türkiyə dövlətləri arasında müttəfiqlik haqqında bəyannamənin imzalanmasından sonra, eləcə də Milli Məclisdəki çıxışında Azərbaycanın qazandığı Zəfərdən və cənab İlham Əliyev haqqında söylədikləri fikirlər buna sübutdur. Cənab Ərdoğan Milli Məclisdəki çıxışı zamanı qeyd etdiyi kimi Azərbaycanın qazandığı bu Zəfər bölgədə sülh və əmin-amanlıq yaratmaqla bərabər, təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla bölgə dövlətləri,  hətta bütün dünya qazanacaq. Azərbaycan və Türkiyənin iştirakı  və vasitəçiliyi ilə bölgədə yerləşən altı dövlətdən ibarət yeni platformanın yaranacağı təqdirdə Asiyadan tutmuş Avropaya kimi yeni bir iqtisadi əlaqə yaranar. Gələcəkdə  digər dövlətlərin də bu platformaya qoşulması təqdirdə dünya iqtisadiyyatının dirçəldilməsinə gətirib çıxarar. Həmçinin  bu platformanın yaranacağı təqdirdə Ermənistanın Rusiya ilə quru yolla əlaqələri yaranar, Türkiyə  Ermənistanla sərhədlərini açar, eləcə də Rusiya və Gürcüstan arasındakı ərazi problemlərinin həll olunmasında böyük irəliləyişlər olar. Bununla da bölgədə yaşayan bütün xalqlar rifah, sülh və əmin-amanlıq şəraitində yaşayar.

Bu gün ən aktual məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz vasitəsilə  Azərbaycan  və onun ayrılmaz hissəsi olan Naxçıvan arasında avtomobil və dəmir yolu xətti bərpa olunar, eləcə də Azərbaycandan keçməklə Çindən Avropaya quru yolun açılmasına səbəb olar. Bu yolun açılması dünyada tarixi, müsbət əhəmiyyətli bir hadisə olar.

Cənab Ərdoğan Milli Məclisdəki çıxışında bütün dünyaya bir mesaj da vermiş oldu. Azərbaycan və Türkiyə arasındakı bu dostluq və müttəfiqlik bütün dünyaya sülh, inkişaf və əmin-amanlığın bərqərar olunmasına bir nümunə olması  mesajı idi.

DİGƏR Xəbərlər Arxiv