YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Rəcəb Tayyib Ərdoğan: Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi bölgəmizə rahatlıq və zənginlik gətirəcək

Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifi mümkün deyil. Bölgəmizdə və bütün dünyada zalımın zülmünün əbədi olmadığı, bir gün mütləq haqqın, ədalətin bərqərar olacağı hər kəsə məlumdur.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışında səsləndirib.

Türkiyə Prezidenti deyib: “Qarabağ, eyni zamanda, dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Üstəlik, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Məsələn, Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər və beləliklə özləri də özlərini saldıqları blokadadan xilas ola biləcəklər”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Prezident İlham Əliyevlə birlikdə təklifimizi etdik. “Gəlin, altı ölkə bir platforma formalaşdıraq: Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platforma ilə birlikdə artıq bölgədə bir sabitlik meydana gəlsin, bölgədə düşmənçiliklər ortadan qalxsın. Burada demək olar ki, təkcə Gürcüstanın bəzi özünəməxsus sualları var idi. Son Türkiyə səfərində cənab Baş nazirlə də bu məsələləri bir daha müzakirə etdim. Dedim, bu, Gürcüstanın da lehinə olacaq, bu addımı ataq. Bax, biz Ermənistan ilə aramızdakı narahatlıqları bilirik. Amma biz bütün bunlara baxmayaraq, azərbaycanlı qardaşlarımızın narahatlıqlarının da aradan qaldırılmasını istəyirik. Eyni qaydada sizin də Rusiya ilə problemlərinizin həllinə bu platforma töhfə verəcək”, - deyə Türkiyə Prezidenti əlavə edib.