Xəbərlər
Elmar Məmmədyarov: Ermənistan çıxılmaz vəziyyətdə qalacaq
Regionda dondurulmuş münaqişələrin mövcudluğu Azərbaycanın, eləcə də Gürcüstanın inkişafına mane olur. Bunu Tbilisidə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Tamar Beruçaşvili ilə birgə mətbuat konfransında deyib. /Trend/
E.Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın inkişafına mane olmur, həm də Yerevanı çıxılmaz vəziyyətdə qoyacaq: "Çünki Yerevan belə şəraitdə irimiqyaslı regional layihələrdə iştirak edə bilmir".
O, qeyd edib ki, əgər Ermənistan təcavüzkar siyasətindən əl çəksə, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi layihəsinin iştirakçısı ola bilər.