YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

David Məmmədov: Avropa bazarı Azərbaycan üçün həmişə aktual olaraq qalacaq

«Avropa bazarı Azərbaycan üçün həmişə aktual olaraq qalacaq». Bu fikri ARDNŞ-in vitse-prezidenti David Məmmədov  deyib.

D.Məmmədov bildirib ki, enerji siyasətində Azərbaycan öz maraqlarına uyğun addımlar atır. Onun sözlərinə görə, Avropa bazarı Azərbaycan üçün ən aktual bazardır və hələ ki bu cür olaraq qalacaq.

«Xəzər dənizinin ekologiyasının yaxşılaşdırılması istiqamətində adımlar atılır. Neft Emalı Zavodunda qurğular köhnədir, bunların yenilənməsinə çalışırıq. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu üçün 1,2 milyard dollar vəsait ayrılıb. Hazırda böyük proqram hazırlanır, 3-4 aya bitərək layihələndirmə işlərinə başlanılacaq»- deyə, D.Məmmədov qeyd edib.