YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şarl Mişel: Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir

Azərbaycanın və Ermənistanın paralel humanitar addımlarını - saxlanılanların qaytarılmasını və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayıram.

Bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel “Twitter”də etdiyi paylaşımda bildirib.

Bunun, etimadın yenilənməsi istiqamətində atılan ilk addım olduğunu bildirən Avropa İttifaqı Şurasının prezidenti qeyd edib: “Aİ bu prosesi dəstəkləyib və bu inkişafın genişlənməsi üçün yardım təklif etməyə davam edəcək”.