Xəbərlər
Entoni Blinken: ABŞ saxlanılan 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır
ABŞ saxlanılan 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır.
Bunu ABŞ Dövlət Departamentinin baş katibi Entoni Blinken “Twitter”də etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, bu cür addımlar region xalqlarını layiq olduqları dinc gələcəyə daha da yaxınlaşdıracaq.
Baş katib, həmçinin tərəflər arasında müzakirələrin təmin edilməsində vacib rol oynadığı üçün Gürcüstan hökumətinə minnətdarlıq ifadə edib.