YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistanlı politoloq: Azərbaycanlı jurnalistlərinin minaya düşməsi özbək media nümayəndələrini də hiddətləndirib

Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını Ermənistan işğalından azad etdi. Amma 28 il işğal altında qalan rayon, şəhər, qəsəbə və kəndlərdən əsər-əlamət yoxdur. Şəhərlər və kəndlər yerlə-yeksan edilib, məscidlər, infrastruktur dağıdılıb, maddi mədəniyyət abidələri ermənilərin vandalizm siyasətinin qurbanı olub. Müharibə başa çatdıqdan sonra isə digər problem ortaya çıxıb. İşğal altındakı bütün ərazilər minalanıb. Müharibə qurtardıqdan sonra 30-a yaxın şəxs minaların qurbanı olub, 100-dən çox insan yaralanıb və bu terror bu gün də davam edir.

Bunu Özbəkistanın tanınmış jurnalisti və politoloqu Rüstəm Cabbarov bildirib.

Politoloq deyib: “İyunun 4-də azərbaycanlı jurnalistlər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov, həmçinin Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olmaları və daha bir neçə nəfərin yaralanması Özbəkistan jurnalistlərini də hiddətləndirib.

Müharibənin bitməsindən 7 aydan çox vaxt keçir. Müharibədən sonra Azərbaycan ermənilərdən minalanmış ərazilərin xəritəsini tələb etsə də, bu günədək onlar buna məhəl qoymayıblar. Ermənilər bunu məqsədli şəkildə və geniş miqyasda ediblər ki, mümkün qədər çox azərbaycanlı minaların qurbanı olsun. Ermənistan bu əməlləri ilə beynəlxalq humanitar hüququ, eləcə də 1949-cu il Cenevrə Konvensiyasını və onun Əlavə protokollarını kobud surətdə pozur.

R.Cabbarov bildirib ki, minalanmış ərazilərin xəritələri təqdim edilməsə, minaların təmizlənməsinə xeyli vaxt lazım olacaq. Vəziyyət belə davam etdikcə daha çox Azərbaycan vətəndaşının minaya düşmək ehtimalı da artır.