Xəbərlər
Rəsmi Bakı Ermənistan və ABŞ-ın erməni diasporunun yalanlarını ifşa etdi
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/1ef60c5f124bed0420863f38af381e11.jpg&w=360)
Müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ-ın erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub. Bunu mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin ABŞ-dakı səfirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “hökuməti”nin facebook səhifəsinə verilmiş “verified” statusu Facebook şirkəti tərəfindən aradan qaldırılıb.