YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” adlı videokonfrans formatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının və partiyanın Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” adlı videokonfrans formatında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, 1993-cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız bir dahi şəxsiyyətin - Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb.

Tədbirdə Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli qəhrəman Şahlar Şükürovun bacısı, 39 saylı orta məktəbin direktoru Tahirə Şükürova, YAP Nərimanov rayon təşkilatı SOCAR ƏİPT-nın sədri Ağaəli Hüseynov çıxış edərək bildirmişlər ki, Ümummilli liderin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyulmuşdur. Onun yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülmüşdür. Qeyd olunmuşdur ki, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, ölkəmizdə ictimai-siyasi sabitlik, eyni zamanda, beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır və bununla yanaşı, Azərbaycan öz Ali Baş Komandanı, Heydər  Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin güclü siyasəti və Ordumuzun qüdrəti nəticəsində işğal altında olan torpaqlarımız azad olunmaqla böyük tarixi Zəfərə imza atdı.