Xəbərlər
Elman Rüstəmov: Azərbaycanın ümumdaxili məhsulun təxminən 70 faizi həcmində valyuta ehtiyatları var
«Manatın uzunmüddətli zəifləməsi üçün fundamental amil yoxdur». Bu fikri Mərkəzi Bankın İdarə Heyətini sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov bildirib ki, manatın uzunmüddətli zəifləməsi iki halda - ölkənin ödəmə balansında davamlı defisit olarsa və bu şəraitdə ölkənin heç bir ehtiyatlarının olmadığı zaman baş verə bilər. Onun sözlərinə görə, Azərbaycanın ümumdaxili məhsulun təxminən 70 faizi həcmində valyuta ehtiyatları var.
«Bütövlükdə qlobal səviyyədə gedən proseslərə reaksiya vermək üçün məzənnə siyasətinə dəyişiklik edilməli idi. Bu gün davamlı şəkildə avro dollara qarşı ucuzlaşır. Manatın məzənnəsi sərt şəkildə dollara bağlandığına görə, bu ötürücülük manata da təsir edir. Çünki biz dollara bağlıyıq, dollar isə digər məzənnələrə qarşı sərbəst rejimdədir. Avrozona bizim əsas tərəfdaşlarımızdan biridir və biz iqtisadi perspektivlərimizi düşünürük. Belə şəraitdə manatın dollardan tam asılılığını aradan qaldırmaq üçün biz avronu səbətdə bərpa etdik»- deyə, E.Rüstəmov vurğulayıb.