YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Serj Sarksyanın hərbi cinayətkar kimi tanınması kampaniyasına əcnəbilər də qoşulub

«“Serj Sarksyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası vaxtından əvvəl başa çatıb. Bu işdə əməyi olan hər bir kəsə təşəkkür edirə. Xüsusilə, səsvermə zamanı xüsusi fəallığı ilə seçilən Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinə, rabitə və təhsil işçilərinə bu səslərin qısa müddətdə toplanmasında göstərdikləri fədakarlığa görə minnətdarıq». Bu sözləri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Şuranın başladığı bu kampaniyaya reaksiya tək Azərbaycandan deyil, xarici ölkələrdən də gəlib. Onun sözlərinə görə, Avropanın əksər ölkələrindən, ABŞ-dan, hətta uzaq Avstraliyadan da səsimizə səs verən əcnəbilər var.

 «Bu əcnəbilər arasında tanınmış şəxslər, siyasətçilər, jurnalistlər, ictimai-siyasi xadimlər, mədəniyyət işçiləri, hətta keçmiş səfirlər və diplomatlar da var idi. Təbii ki, burada diqqətimizi cəlb edən Sarksyan rejimindən bezmiş, sıravi Ermənistan vətəndaşlarının petisiya qoşulmaları oldu. Bu onu sübut edir ki, əli Xocalı sakinlərinin, xüsusilə körpə uşaqların, qadınların və ahıl insanların qanına batan Sarksyanın ədalət məhkəməsi qarşısında dayanmasını tək biz deyil, hətta sıravi ermənilər də tələb edirlər»- deyə, A.Quliyev vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv