Xəbərlər
Azərbaycan və Finlandiya Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
Finlandiya xarici işlər nazirinin xüsusi nümayəndəsi Krister Mikelsonun Azərbaycana səfəri zamanı Bakı və Helsinki regiondakı vəziyyəti müzakirə edəcəklər. Bu barədə Finlandiya XİN-in mətbuat xidmətindən məlumat veriblər. /Trend/
Mətbuat xidmətindən qeyd ediblər ki, Azərbaycana səfər fevralın 25-27-də baş tutacaq.
Finlandiya XİN-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi səfər zamanı Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək.
Tərəflərin regiondakı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsini, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.