YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvar ayında ünvanlı sosial yardım alan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38675 ailə azalıb

Ölkəmizdə dinamik sosial-iqtisadi inkişaf şəraitində yaşayış  səviyyəsinin yüksəlməsi, habelə dövlət sosial yardımlarının ünvanlılıq və şəffaflıq prinsipləri əsasında təyinatına nəzarətin gücləndirilməsi nəticəsində ünvanlı dövlət sosial yardımı təyin olunan ailələrin sayı azalmaqda davam edir.

Məlumatı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Cari ilin yanvar ayında ölkəmizdə 107761 ailə (470237 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 38675 ailə (168673 nəfər ailə üzvü), yəni 26,4 faiz azdır. Ünvanlı sosial yardım təyin olunan ailələrin sayının azalması təyin olunan yardımların məbləğinin yüksəlməsi ilə müşahidə olunur. Belə ki, ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 10,3 faiz artaraq 138,89 manata, adambaşına düşən orta aylıq məbləği isə 10,3 faiz artaraq 31,83 manata yüksəlib.

Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 222589 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5305 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 5822 nəfər təşkil edir. Hazırda yardım alan ailələrin 30823-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Sosial yardımların təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə 2013-cü ilin sonlarından etibarən ünvanlı sosial yardım alan ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. Hazırda ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılması işləri aparılır. Mütərəqqi beynəlxalq təcrübə əsasında qurulan bu sistem ünvanlı sosial yardım üçün müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutur.

 

 

DİGƏR Xəbərlər Arxiv