YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əziz Ələkbərli: Cənab İlham Əliyev dünya tarixinə öz adını xilasedici və qurucu lider kimi əbədi həkk edən dövlət başçısıdır

“Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər gün, hər yeni addımı ilə Azərbaycanın yeni tarixinin yeni səhifələrini yazır. Bu il mayın 28-də cənab Prezidentin Ağdam şəhərinə səfəri, orada imza atdığı yeni layihələr, etdiyi çıxış da bu sırada istisna təşkil etmir. Azərbaycan xalqı və dünya bir daha gördü ki, 30 illik işğala, 100 illik Qarabağ probleminə 44 gündə son qoyan, ermənilərin Cənubi Qafqazda 200 illik torpaq iddialarının belini sındıran, dünya erməniliyinə tarixi dərs verən dövlət başçımız həmin sürət və qətiyyətlə də işğaldan azad olunmuş ərazilərimizi bərpa etmək, abadlaşdırmaq əzmində və gücündədir”. Bu fikirləri  Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

Deputat bildirib ki, bu səfər zamanı cənab Prezident tərəfindən Ağdam şəhəri üçün tarixi dəyərə malik olan 140 illik 1 saylı məktəbin təməli qoyuldu. Bununla dövlət başçımız göstərmiş oldu ki, biz Ağdama dinc yaşayışın rəmzi olan təhsillə, biliklə gəlirik, ermənilərin 30 ildə xarabalığa çevirdiyi bu torpaqlara məktəb gətiririk, uşaqların şən səslərini gətiririk. Bunun ardınca gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxın olacaq və orada yüzlərlə, minlərlə insan işlə təmin ediləcək. Bu, bölgənin iqtisadi cəhətdən inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu isə o deməkdir ki, biz bölgəyə iqtisadi inkişaf gətiririk, dolanışıq gətiririk, insanlara gün-güzəran gətiririk

“Yol – mədəniyyətdir, ünsiyyətdir, dövlətlər və xalqlararası münasibətlərdir, insanlıqdır, barışdır, qol-qola girib sülh şəraitində yaşamaqdır, əlində-ovcunda olanı bir-biri ilə paylaşmaqdır. Cənab Prezident bu səfərində daha bir yolun – Bərdə-Ağdam avtomobil yolunun təməlini qoydu. Yaxın gələcəkdə Ağdamda dəmir yolu vağzalının tikintisi nəzərdə tutuldu. Cənab Prezident Ağdamda ermənilər tərəfindən vəhşi münasibətin izlərini köksündə yaşadan tarixi İmarət kompleksini gəzdi, buradakı tarixi tikililərlə tanış oldu, İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verdi. Ağdamda Böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində 125 hektarlıq böyük bir meşə zolağının salınacağı, süni göl yaradılacağı, kanallar, körpülər salınacağı bildirildi. Cənab Prezidentin Ağdam səfəri bir daha sübut etdi ki, Azərbaycan xalqı yaradıcı xalqdır, Azərbaycan dövləti qurucu dövlətdir və Azərbaycan Prezidenti xalqının və dövlətinin iradə və maraqlarını yüksək səviyyədə təmsil və tətbiq etməyi bacaran, dünya tarixinə öz adını xilasedici və qurucu Lider kimi əbədi həkk edən dövlət başçısıdır”,-deyə millət vəkili vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv