Xəbərlər
“EurActiv” xəbər portalı Cənub qaz dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən ilk iclası barədə məqalə yayıb
Avropa Parlamentinin üzvləri, eyni zamanda, Avropa İttifaqı funksionerləri arasında böyük nüfuza malik olan “EurActiv” xəbər portalı Cənub qaz dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən ilk iclası barədə məqalə yayıb.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şevçoviçin iclasdakı çıxışlarından bəzi fikirlərə yer verilir. Müəllif Maroş Şefçoviçə istinadən yazır ki, Azərbaycan Avropa İttifaqının ən etibarlı enerji tərəfdaşıdır, enerji əməkdaşlığına və enerji təhlükəsizliyinin təmininə töhfə verir.
Yazıda Cənub qaz dəhlizinin Avropa İttifaqı ölkələrinin enerji ehtiyaclarının 20 faizini ödəmək potensialına malik olduğu qeyd edilir, əsas mənbənin Xəzər regionu, Yaxın Şərq və uzaq perspektivdə Şərqi Aralıq dənizi regionu olduğu bildirilir.