Xəbərlər
Fransa nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Fevralın 13-də Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Alzas regionunun nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.
Jan-Mari Bokeli jurnalistlə müsahibəsində gördüklərindən çox təsirləndiyini qeyd edib. “Həqiqətən dəhşətli mənzərədir. Bu bir daha sübut edir ki, tarixi faktları gizli saxlamaq mümkün deyil. Həqiqət gec-tez üzə çıxır. Burada gördüklərimiz sülhün nə qədər vacib olduğunu bir daha sübut edir”.
Ardınca ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksində olublar. Onlara məlumat verilib ki, kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Fransa nümayəndə heyəti Quba Rayon İcra Hakimiyyətində, eləcə də dağ yəhudilərinin yığcam halda yaşadıqları Qırmızı Qəsəbədə də olublar.