YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi qəbul olunub

Bu gün Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. V.Zahirov bildirib ki, 2014-cü ildə inzibati nəzarət qaydasında baxılması üçün icraata 66 694 bələdiyyə aktı daxil olub. Onun sözlərinə görə, daxil olan bələdiyyə aktlarının hər birinin ekspertizası aparılıb: “Ekspertiza nəticəasində 62.908 akt qanunvericiliyə uyğun hesab edilib, 3.552 aktın dəyişdirilməsi yaxud da ləğv edilməsi üçün onları qəbul edən bələdiyələrə təkliflər verilib. Verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1709 akt ləğv edilib, 544 akt dəyişdirilib, 473 akt üzrə təsdiqedici sənədlər təqdim edilib, digərləri isə baxılmaqdadır. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 11 iddia qaldırılıb. Verilən təkliflərin bələdiyyələr tərəfindən qanuna müvafiq icra edilməsi nəticəsində belə iddiaların sayı son illər ərzində xeyli azalıb. Bələdiyyə tərəfindən torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi ilə bağlı qəbul edilən qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkələr tərəfindən ləğv edilib”.

V.Zahirov qeyd edib ki, bütövlükdə 4022 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb: “Onlardan 1502 ha kənd təsərrüfatı təyinatlı torpaqlar olub. eyni zamanda bələdiyyələrə 3998 tövsiyə göndərilib. Bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə inzibati xətalar məcəlləsinə uyğun olaraq 445 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilib. Onlardan 96-sı təkrar inzibati xəta üzrə tərtib edilib. Müvafiq protokollar əsasında 381 nəfər bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 64 protokol üzrə müraciət isə baxılmaqdadır. Ötən illərlə müqayisədə inzibati məsuliyyətə cəlb edilən bələdiyyə sədrlərinin sayı xeyli azalıb”.

Nazir müavini qeyd edib ki, əsas qanun pozuntularına bələdiyyə torpaqlarının idarəçiliyində yol verilib: “Bu sahədə qanun pozuntuları təhlil edilib. Ümumiləşdirilmə nəticəsində bələdiyyələrin daha çox qanun pozuntularına kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz olaraq qeyri-kənd təsərrüfatı məqsədləri üçün satılması zamanı müəyyən edilib. Bundan başqa, torpaqların kateqoriyalarının qanyunvericiliyinə riayət edilmədən dəyişdirilməsi, bələdiyyə qərarlarında torpaq sahəsinin kateqoriyasının və təyinatının göstərilməməsi,müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılmaması da qeydə alınıb”.

Müzakirələrdən sonra məruzə qəbul olunub.

DİGƏR Xəbərlər Arxiv