Xəbərlər
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistanın ali ordeni ilə təltif olunub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ordeni ilə təltif olunub.
Pakistan Prezidenti Məmnun Hüseyn fevralın 11-də bu barədə Sərəncam imzalayıb.
“Hilal-e Pakistan” Pakistan İslam Respublikasının ali ordenidir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif olunan ilk birinci xanımdır.