YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Siyasi partiyalarla görüş ənənə halını almaqdadır

Fevralın 12-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə növbəti görüşü keçirilib.
Əli Həsənov siyasi partiyalarla görüşün artıq ənənə halını almaqda olduğunu söyləyib. Şöbə müdiri iki ay bundan əvvəl ilk belə görüşün keçirildiyini xatırladıb. Bildirib ki, həmin görüşdə hakimiyyət nümayəndələri ilə siyasi partiyalar arasında keçirilən görüşlərin formatı, tematikası müzakirə olundu. Həmçinin cəmiyyətə çatdırılacaq fikirlər, ideyalar, siyasi partiyalarla hakimiyyətin əməkdaşlığının bəzi prinsipial məsələləri, siyasi partiyaların Azərbaycan cəmiyyətində yeri və rolu, ictimai-siyasi institut olaraq partiyalarda təmsilçilik, onların maliyyələşməsi, partiya və mətbuat, partiya və Azərbaycanın daxili və xarici siyasəti və s. mövzularda çıxışlar oldu. Bu çıxışlarda kifayət qədər rasional ideyalar var idi və həmin ideyalar Prezident Administrasiyası tərəfindən qeydiyyata alındı. Gələcək toplantılarda müvafiq olaraq bu məsələlərə qayıdılacaq.
Görüş çıxışlarla və müzakirələrlə davam edib.