Xəbərlər
YAP Ucar rayon təşkilatının fəalları şəhid ailələrinin ziyarətini davam etdirirlər

YAP Ucar rayon təşkilatının fəalları şəhid Abbasov Rafiq Cahangir oğlunun anım günü ilə əlaqədar rayonun Lək kənd qəbiristanlığında onun məzarını ziyarət edib,daha sonra adını daşıdığı Lək kənd 1 saylı tam orta məktəbində guşəsinə baxıblar.
Təşkilatın fəalları həmçinin rayonun Müsüslü kəndində şəhid Qədirov Nəriman İsmayıl oğlunun valideynləri ilə də görüşüblər.
Şəhidin valideynləri – İsmayıl və Bəhri Qədirovlar göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.