Xəbərlər
Türkiyə Prezidenti müdafiə sənayesində Azərbaycanla əməkdaşlıq haqqında sazişi təsdiqlədi
Türkiyə ilə Azərbaycan arasında Müdafiə sənayesində əməkdaşlıq haqqında saziş təsdiq edilib.
Sənədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiqləyib. /Trend/
“Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş” 31 oktyabr 2017-ci il tarixində Bakıda imzalanıb.