YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Səfərov: Ermənilər uzun illər ərzində Azərbaycan xalqına qarşı cinayətlər törədiblər

“Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tribunalardan çıxışlarında Ermənistan tərəfindən ölkəmizə qarşı müxtəlif səviyyələrdə cinayətlərin törədildiyini dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Ermənilər uzun illər ərzində Azərbaycan xalqına qarşı həm insanlıq əleyhinə, həm də müharibə cinayətləri törədiblər”. Bu fikirləri Milli Məclisin deputatı Nizami Səfərov deyib.

Azərbaycana qarşı ikili standartlar siyasətinin yürüdüldüyünü bildirən deputat qeyd edib ki, 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi yaradılıb və 2002-ci il iyulun 1-də onun qanunları qüvvəyə minib.

“Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlərə müharibəyə qədər və ya müharibə dövründə mülki əhaliyə qarşı törədilmiş adamöldürmə, əhalini məhvetmə, kölə vəziyyətinə salma, deportasiya, zorlama, işgəncələr, siyasi, irqi və ya dini səbəblərə görə təqibetmələr aiddir. Xalq olaraq biz bunların əksəriyyətini görmüşük. Beynəlxalq Cinayət Məhkəməsi iddia edir ki, Xocalı faciəsi onun təsis edilməsindən əvvəl törədildiyi üçün Nizamnaməyə əsasən o, bu faciəni törədənləri cəzalandırmaq imkanına malik deyil. Bu, ikili standartlardan başqa bir şey deyil”,-deyə N.Səfərov vurğulayıb.