YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Həsənova: Ötən il Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kimi səciyyələnir

Ötən il ümumi mürəkkəbliyinə baxmayaraq Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəldilməsi və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması kimi səciyyələnir. Bu uğurların əsasında siyasi iradə və inkişaf yolunun seçilməsi dayanır.
Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini bildirib ki, məhz belə siyasətin nəticəsində dünyada 6 ildən çoxdur ki, davam edən və bir çox ölkələrdə siyasi, iqtisadi, sosial problemlərlə müşayiət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edib: “Makroiqtisadi sabitlik qorunub, iqtisadiyyatın rəqabət qabiliyyəti artıb, nəzərdə tutulmuş bütün sosial proqramlar yerinə yetirilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkəmizin payı 75 faizə yüksəlib. Ötən il ölkə iqtisadiyyatı 2,8 faiz, qeyri-neft sektoru 7 faiz artıb ki, bu da bizim hədəflədiyimiz orta illik artım səviyyəsinə uyğundur. İnvestisiya qoyuluşları 27 milyard ABŞ dolları keçib, valyuta ehtiyatlarımız artmaqda davam edərək ÜDM-in 70 faizinə çatıb”.
Sevinc Həsənova vurğulayıb ki, “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Avropanın ən iri infrastruktur layihəsi olan “Cənub qaz dəhlizi”nin təməlinin qoyulması Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırıb və uzun illər xalqımızın mənafeyinə xidmət edəcəkdir.

 

DİGƏR Xəbərlər Arxiv