Xəbərlər
Patriarx Kirill: Azərbaycan Respublikasında Kilsə-dövlət münasibətləri kifayət qədər yüksək səviyyədədir
Moskvadakı Xilaskar İsa Məbədində Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin sədrliyi ilə Rus Pravoslav Kilsəsinin Arxiyerey müşavirəsi keçirilib.
Patriarx Kirillin həmin müşavirədə məruzəsinin yekun hissəsi Rus Pravoslav Kilsəsi ilə dövlət strukturları və Kilsənin kanonik tabeliyində olan ərazilərdəki ictimai təsisatlar arasında qarşılıqlı münasibətlər məsələsinə həsr edilib. Patriarx öz məruzəsində qeyd edib ki, Azərbaycan Respublikasında Kilsə-dövlət münasibətləri kifayət qədər yüksək səviyyədədir. O deyib: “Kilsə ilə dövlət hakimiyyəti arasında konstruktiv əməkdaşlıq münasibətləri yaranıb. Pravoslav məbədlərinin Bakı Yeparxiyasına verilməsi faktları buna inandırıcı sübutdur. Əlamətdar haldır ki, dini ekstremizmə qarşı yönəlmiş Azərbaycan qanunvericiliyi qondarma islam qurumlarının və digər pozucu sektaların fəaliyyətini xeyli çətinləşdirir. Qafqaz Müsəlmanları İdarəsi ilə dostluq münasibətləri saxlanılır. Şəxsən bu idarənin sədri şeyxülislam Allahşükür Paşazadə Kilsəyə sanballı kömək edir”.