YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Beynəlxalq müstəvidə Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması, Qarabağ hadisələrinə siyasi-hüquqi qiymət verilməsi yönündə gedən proseslər davamlıdır

«Beynəlxalq müstəvidə Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması, Qarabağ hadisələrinə siyasi-hüquqi qiymət verilməsi yönündə gedən proseslər davamlıdır. Yəni, söhbət ümumilikdə Qarabağ həqiqətlərinin dünya ölkələri və onların parlamentləri, müvafiq beynəlxalq təşkilatlar tərəfindən qəbul olunması, dəyənləndirilməsi və müvafiq sənədlərdə əksini tapmasından gedir». Bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, dövlətimiz bu yöndəki işini bütün istiqamətlərdə davam etdirir. Onun sözlərinə görə, bir sıra parlamentlərdə də müvafiq işlər aparılır.

«Bilirik ki, belə sənədlər bir qayda olaraq parlamentlərdə qəbul olunur və biz də dostluq qrupları vasitəsilə, həmçinin, fərdi münasibətlərimizdə bütün məsələlərə hər zaman dəstək axtarırıq, bunun üçün ardıcıl işləyirik. Artıq bu günə qədərki fəaliyyət də müəyyən nəticə verib, bir sıra dövlətlər və onların parlamentləri tərəfindən müvafiq addımlar atılıb, sənədlər qəbul edilib. Hazırda bir çox parlamentlərdə bu istiqamətdə işlər gedir. Dostluq qrupları çox fəal şəkildə işləyirlər. Və orada olan - Azərbaycan həqiqətlərini bilən, beynəlxalq hüququn prinsiplərini dəyərləndirən insanlar belə təşəbbüslərlə çıxış edirlər və yəqin ki, bunun nəticələrini də qarşıdakı zamanda görəcəyik»- deyə, vitse-spiker vurğulayıb.  

DİGƏR Xəbərlər Arxiv