YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İCAPP-ın keçmiş Baş katibi Çung Eui-Yong Koreya Respublikasının xarici işlər naziri təyin edilib

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) keçmiş baş katibi, qurumun daimi komitəsinin həmsədri Çung Eui-Yong Koreya Respublikasının xarici işlər naziri təyin edilib.

ICAPP-ın baş katibi olaraq, cənab Çung Eui-Yong Yeni Azərbaycan Partiyası ilə sıx əməkdaşlıq münasibətlərinin inkişafına hər zaman xüsusi önəm vermiş, Azərbaycanla Koreya Respublikası arasında qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfələr vermişdir.    

Qeyd edək ki, cənab Çung Eui-Yong İCAPP-ın Daimi Komitəsinin üzvü kimi  Yeni Azərbaycan Partiyasının dəvəti ilə dəfələrlə Azərbaycanda səfərdə olmuşdur.

Cənab Çung Eui-Yong, Azərbaycanın beynəlxalq aləmdəki böyük nüfuzunu, ölkəmizdəki sürətli inkişafı və YAP-ın bu uğurlardakı rolunu hər zaman yüksək qiymətləndirərək təşkilatın VII Baş Assambleyasının Bakıda keçirilməsi barədə qərarın təşəbbüskarı olmuşdur.  

Cənab Çung Eui-Yong, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun 3-cü iclasında, həmçinin Gənclər Qolunun 2-ci toplantısında iştirak etmişdir.  

Koreya Respublikasının indiki xarici işlər naziri cənab Çung Eui-Yong  2015-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində  ICAPP-ın baş katibi olaraq müşahidəci kimi də iştirak etmişdir.