Xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri davam edir
Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri davam edir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub. Nazir təlim bölgəsində müşavirə keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müşavirədə təlimlərə cəlb olunan hərbi birləşmə və hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.
Müşavirədə çıxış edən müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.