Xəbərlər
YAP-ın nümayəndəsi İCAPP-ın Gənclər Qolunun xüsusi videokonfransında iştirak edib
Fevralın 3-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun "Təhsil və sosial müdafiə mexanizmləri COVİD-19 pandemiyası dövründə və sonra" mövzusunda xüsusi videokonfransı keçirilib.
Videokonfransda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr əvəzi, Milli Məclisin deputatı, İCAPP-ın Gənclər Qolunun həmsədri Ramin Məmmədov iştirak edib.
Tədbirdə İCAPP Daimi Komitəsinin həmsədri, Filippin parlamentinin keçmiş sədri Xose de Venesia, İCAPP-ın Gənclər Qolunun həmsədrləri, YAP Gənclər Birliyinin sədr əvəzi, Milli Məclisin deputatı Ramin Məmmədov və Malayziya parlamentinin üzvü Dato Deri Şahidan bin Kasım, UNESCO-nun Bankok Ofisinin rəhbərinin müşaviri Canel Bab, Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Markus Rak və digərləri çıxış ediblər.
Çıxışlarda mövzunun aktuallığı qeyd olunub, pandemiya dövründə təhsil və sosial müdafiə mexanizmlərinin gücləndirilməsinin zəruriliyi, bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Konfrans çərçivəsində gənclərin təhsilinə və məşğulluğuna həsr olunan sessiyalarda müzakirələr aparılıb.
Sonda konfransın bəyanatı qəbul edilib.