YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Səbail rayon təşkilatının nümayəndələri Şəhid ailələrini ziyarət edirlər

Səbail rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir.

YAP Səbail rayon təşkilatının nümayəndələri Vətən müharibəsinin Şəhidləri Cavidan Ağayev, Əli Tağıyev və İsmayıl Hüseynovun ailələrini ziyarət etdilər, Şəhidlərimizin valideynləri, ailə üzvləri ilə səmimi söhbət etdilər, Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda igidliklə döyüşüb Şəhadət zirvəsinə ucalan qəhrəman Vətən övladlarını dərin hörmət və ehtiramla yad etdilər.

YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, rayon partiya təşkilatının aparat rəhbəri Zəfər Bayramov və aparat əməkdaşları ailə üzvləri ilə birlikdə Şəhidlərimizin qəhrəmanlıq dastanına çevrilən döyüş yoluna bir daha nəzər saldılar, möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimizin döyüş meydanında qazandığı möhtəşəm Qarabağ Zəfərinin xalqımız üçün tarixi əhəmiyyətini xüsusi vurğuladılar. Ziyarətçilər Şəhid ailələrinin məişət şəraiti və gündəlik qayğıları ilə maraqlandılar. Diqqətə çatdırıldı ki, Vətən müharibəsi Şəhidlərinin ailə üzvləri, qazilər, müzəffər ordunun qalib əsgərləri daima Yeni Azərbaycan Partiyasının xüsusi diqqət və qayğı mərkəzindədir. Şəhid ailələrinə ərzaq sovqatı və maddi yardım göstərildi.

Şəhid ailələrinin üzvləri Azərbaycan xalqına misilsiz və tarixi qələbə sevincini bəxş edən Şəhid övladlarından qürurla bəhs etdilər, onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, və bütün yerli strukturlara təşəkkürlərini bildirdilər.

Torpaq, uğrunda ölən varsa, Vətəndir! Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

DİGƏR Xəbərlər Arxiv