YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Böyük Qayıdış” planı xalqımız tərəfindən yüksək minnətdarlıq hissi ilə qarşılanır

İlqar İlyasov,

Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın işgal altında olan torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi bəşəriyyətə bir daha sübut etdi ki, Azərbaycan xalqı öz əzəli torpaqlarına sahib çıxmaq iqtidarındadır və bu yoldan bizi heç bir qüvvə dayandıra bilməz. Bu müharibə Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Növbəti mərhələdə dövlətimiz öz tarixi sahibinə qayıdan torpaqlarımızda quruculuq və bərpa işlərinə start verilib. Prezident cənab İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza qalib Ordunun və dövlətin Ali Baş Komandanı kimi səfərləri, gələcəklə bağlı açıqladığı hədəflər hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi doğurur. Artıq “Böyük Qayıdış” proqramı hazırlanır. Müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində  işğaldan azad olunmuş torpaqların hamısına qayıdacağıq. Bizim birinci qayıdışımız xalqımızın özünə qayıdışı və birliyi, ikinci qayıdışımız şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsi, üçüncü qayıdışımız isə o torpaqlara, o yurdlara iqtisadi qayıdışımızdır. Biz o torpaqları işğaldan azad ediriksə, mütləq oranı inkişaf etdirməyimiz, orada həyatı canlandırmağımız, torpağı əkib becərməyimiz, insanların yaşayışını təmin etməyimiz vacibdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə "Qarabağ Dirçəliş Fondu"nun yaradılması da işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması üçün ölkə daxilində və xaricində sərmayələrin cəlb edilməsini təmin edəcəkdir. İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyimiz birliyimiz, həmrəyliyimiz sayəsində quruculuq və bərpa işləri də nəzərdə tutulan vaxtda başa catdırılacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, yeni həyat başlayacaq. Bu bir faktdır ki, Azərbaycanın hər bir bölgəsi kimi, işğaldan azad edilmiş ərazilərimiz də zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Biz bu sərvətlərdən səmərəli istifadə etməklə iqtisadiyyatımızın geniş spektrli şaxələndirilməsinə nail olacaq, davamlı inkişafa böyük töhfələr vericək, turizm imkanlarımız artacaq, həyata keçirilmiş kompleks tədbirlər nəticəsində cənnət məkana çevriləcək Qarabağ bölgəsi xarici qonaqlar üçün xüsusi maraq kəsb edəcəkdir. Hər bir regionun inkişafı üçün yol-nəqliyyat infrastrukturunun müasir tələblərə cavab verməsinin əsas amillərdən olduğunu nəzərə alsaq işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə görülən işlər xüsusu əhəmiyyət kəsb edir.  Prezidentimiz İlham Əliyev cənablarının Qarabağın incisi olan Şuşaya səfəri zamanı Füzuli-Şuşa avtomobil yolunun və Füzuli rayonu ərazisində Beynəlxalq Hava Limanının təməlinin qoyulması bu istiqamətdə görüləcək işlərin ilk hissəsidir.

Dövlətimizin başçısı Füzuli rayonunda beynəlxalq hava limanının təməlqoyma mərasimində bildirdi ki, bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.

Prezident cənab İlham Əliyev öz çıxışında həmçinin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunmasını da xüsusi vurguladı və Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildiyini dedi. Bu da bir faktdır ki, cənab Prezident işgaldan azad olunmuş ərazilərimizdə proqram xarakterli silsilə quruculuq işlərinin aparılması göstərişini verib. Regionda böyük quruculuq işlərində ən xırda detal belə diqqətdən kənarda qala bilməz. Cənab Prezident onu da bildirdi ki, azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir.

Əlbbətdə bütün bu işlər xalqımız tərəfindən yüksək minnətdarlıq hissi ilə qarşılanır. Xüsusilə işgaldan azad olunmuş ərazilərin sakinləri tezliklə işğaldan azad edilən torpaqlarına qayıdacaq, orada həyat canlanacaq, iqtisadiyyat, sosial istiqamətlər inkişaf edəcəkdir. Yəni bizim böyük qayıdışımız həm tarixi, həm siyasi, həm də sosial-iqtisadi mahiyyət daşıyır, bu qayıdışın böyük mənası vardır.

Ölkə Prezidentinə sonsuz minnətdarlıq hisslərini bildirən keçmiş məcburi köçkünlər dogma yurdlarında quruculuq işlərinin iştirakçısı olacaqları günü səbirsizliklə gözləyirlər.

 

 

DİGƏR Xəbərlər Arxiv