Xəbərlər
YAP Ağdaş rayon təşkilatı şəhidlərin, itkin düşən hərbiçilərin ailələri və qazilərlə görüşləri davam etdirir
Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatı Vətən müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərin, itkin düşən hərbiçilərimizin ailələri və qazilərlə görüşləri davam etdirir.
Rayon təşkilatın sədri, Milli Məclisin deputatı Cavid Osmanov bu istiqamətdə növbəti görüşlər keçirib. Hər bir şəhid ailəsi və qazimizlə keçirilən görüşlərdə Cavid Osmanov vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin heç vaxt unudulmayacağını, onların hər zaman ehtiramla yad ediləcəyini, adlarının uca tutulacağını bildirib. Döyüşlərdə iştirak edən hər bir əsgər xalqımızın qəhrəman övladlarıdır. Qeyd edilib ki, Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva bu məsələlərə hər zaman xüsusi diqqət ayırıblar, onların rəhbərliyi ilə dövlətimiz hər zaman şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına qayğı göstərib, bütün sosial problemləri həll olunur.
Ümumilikdə, görüşlər zamanı YAP Ağdaş rayon təşkilatının sədri şəhid ailələrinin və qazilərin qaldırdığı məsələləri dinləyib, onları narahat edən bəzi məsələlər dərhal həll edilib, digər müraciətlərin hər biri nəzarətə götürülüb.
Şəhid ailələrinin üzvləri və qazilərimiz dövlətimiz tərəfindən göstərilən davamlı diqqət-qayğıya görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.