YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatında 20 Yanvar faciəsinin ildönümü anılıb

YAP Gəncə şəhər təşkilatı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı “20 Yanvar xalqımızım müstəqillik uğrunda mübarizə salnaməsidir” adlı

videokonfrans keçirib.

Ziyalıların, təşkilatın məsul işçilərinin, ərazi ilk partiya təşkilatları sədrlərinin, fəal gənclərin iştirakı ilə keçirilən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla anılıb.

Videokonfransın moderatoru, YAP Gəncə şəhər Təşkilatının Aparat rəhbəri Orxan Əhmədov 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirilib: “O dövrdə Azərbaycan xalqının əzmini qırmaq mümkün olmadı. Ulu öndər Heydər Əliyevin hadisələrə sərt reaksiyası əhalidə böyük ruh yüksəkliyi yaratdı. 20 Yanvardan sonra Azərbaycandakı xalq hərəkatı milli azadlıq hərəkatına çevrildi”.

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə 20 Yanvar qətliamı ilə kitablardan, filmlərdən tanış olan bu günümüzün gənclərinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdıqlarını qeyd edib.

44 günlük Vətən müharibəsində şəhidlərimizin müqəddəs ruhlarına ən böyük töhfə Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisidir-deyə millət vəkili Pərvin Kərimzadə qeyd edib.

YAP Gəncə şəhər təşkilatının İdeoloji şöbəsinin Baş məsləhətçisi Hüseyn Budaqov, xalq artisti Şahnaz Haşımova, ADAU-nun İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri, dosent Azad Bayramov, DİİXİ Hİ Gəncə Şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva, AMEA Gəncə Bölməsinin gənc alim və mütəxəssislər Şurasının sədri, YAP Gəncə şəhər təşkilatının sədr müavini Elnur Həsənov, Gəncə Nizami Bələdiyyəsinin əməkdaşı Leyla Məmmədova çıxış edərək, xalqımıza qarşı həyata keçirilən erməni terror aktlarından, azərbaycanlıların başına gətirilən dəhşətli faciələrdən, 20 Yanvar qətliamından söhbət açıblar.

Natiqlər milli azadlıq yolunda canlarından keçən Vətən övladlarının həmin gün öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını bildiriblər.

Videokonfransda 20 Yanvar tarixinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurənin oyanış günü olduğu diqqətə çatdırılıb.