YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Milli Müdafiə Nazirliyi: 20 Yanvar - Unutmadıq, unutmayacağıq!

Türkiyənin Milli Müdafiə Nazirliyi internet səhifəsində “20 Yanvar - Unutmadıq, unutmayacağıq!” şüarı ilə paylaşım edib.

Paylaşım nazirliyin “Twitter” sosial şəbəkə hesabından ictimaiyyətə təqdim olunub.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarının qoşa dalğalandığı və faciənin real acısını əks etdirən orijinal fotonun da yer aldığı paylaşımda yazılır: “1990-cı il 20 Yanvar tarixində qardaş Azərbaycanda yaşanan və Qara Yanvar kimi tanınan qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anırıq. Azərbaycanın Milli Matəm Günü bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”.