YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Qadınlar Şurasının 2020-ci ilin yekunlarına dair hesabat iclası keçirildi

Bu gün 15 yanvar 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Qadınlar Şurasının 2020-ci ilin yekunlarına dair onlayn hesabat iclası keçirildi.

Giriş sözünü YAP Binəqədi Rayon Qadınlar Şurasının sədri Aytac Əliyeva açdı. O, qonaqları salamladıqdan sonra YAP Binəqədi Rayon Qadınlar Şurasının 2020 – ci ildə həyata keçirdiyi tədbirlər haqqında geniş hesabat məruzə ilə çıxış etdi. Pandemiya dövründə Binəqədi rayonunun ictimai – siyasi həyatında yer alan xanımların aktivliyini yüksək qiymətləndirən natiq, istər səhiyyə, istər təhsil, istərsə də həyat fəaliyyətinin müxtəlif sahələrində təmsil olunan qadınların vəzifələrini məsuliyyətlə icra etdiklərini bildirdi. Aytac Əliyeva 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə toxunaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, əldə olunan uğurlar, Ali Baş Komandanın və birinci xanım Mehriban Əliyevanın Şuşaya olan səfəri haqqında geniş fikir səsləndirdi.

Hesabat iclasında qonaq qismində çıxış edən Milli Məclisin deputatı, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Fətəliyeva YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının 2020-ci ildəki fəaliyyətinin günün tələbləri çərçivəsində qurulduğunu diqqətə çatdırdı. O, Azərbaycan xalqının ötən dövrdə sıx birləşdiyini, üzləşdiyi çətinliklərə baxmayaraq, sınaqdan alnıaçıq çıxdını bildirdi. Həmçinin, YAP Binəqədi rayon Qadınlar Şurasının gələcək fəaliyyətinə uğurlar arzuladı.

Daha sonra YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış etdi. O, YAP Binəqədi rayon Qadınlar Şurasının 2020-ci ildəki fəaliyyətinin qənaətbəxş olduğunu bildirdi. Bundan əlavə, natiq, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə edilən uğurlardan, bunun vahid siyasi kurs əsasında icra edildiyindən və Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən bəhs etdi. Ramiz Göyüşov Qadınlar Şurasını qarşıdakı mərhələdə daha əzmlə, təşəbbüskarlıqla fəaliyyət göstərməyə çağırdı. Çünki bütün Azərbaycan xalqı Qarabağın yenidən qurulmasında yer almalı, öz töhfəsini verməlidir.

Hesabat iclasında Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon Qadınlar Şurasının İdarə Heyətinin üzvləri Məlahət İbrahimova, Nahidə Mahmudova və Solmaz Kazımova çıxış etdilər. Sonda 2020-ci ildə rayonun ictimai-siyasi həyatında fəal rol alan bir qrup xanım YAP Binəqədi rayon təşkilatı adından Fəxri Fərmanla təltif edildi.